Tramp Yerusəlimin İsrailin paytaxtı kimi tanındığını rəsmi elan edəcək

Tramp Yerusəlimin İsrailin paytaxtı kimi tanındığını rəsmi elan edəcək ABŞ prezidenti Donald Tramp bu gün Yerusəlimin (Qüds-red.) İsrailin paytaxtı kimi tanındığını rəsmi elan edəcək. “RİA Novosti”yə istinadən verdiyimiz xəbərə görə, bu barədə Ağ Evin yüksək vəzifəli nümayəndəsi bəyan edib.

“Prezident dekabrın 6-da ABŞ-ın Yerusəlimin İsrailin paytaxtı kimi tanıdığını bəyan edəcək”, - deyə administrasiya nümayəndəsi təşkil olunmuş xüsusi brifinqdə bildirib.

Onun sözlərinə görə, Tramp həmçinin ABŞ-ın İsraildəki səfirliyinin Tel Əvivdən Yerusəlimə köçürüləcəyini bəyan edəcək.

D.Trampın müvafiq bəyanatı bu gün Bakı vaxtı ilə saat 22.00-da səsləndirəcəyi bildirir.
Geri qayıt