FETÖ-nün "baş kassir"i Afrikada tutuldu - TÜRKİYƏYƏ GƏTİRİLDİ

FETÖ-nün "baş kassir"i Afrikada tutuldu - TÜRKİYƏYƏ GƏTİRİLDİ Keçən ilin iyulunda Türkiyədə dövlət çevrilişinə cəhd edən FETÖ terror təşkilatının "kassa"sı sayılan iş adamı Memduh Çıkmaz xüsusi xidmət orqanları tərəfindən tutulub. Sözcü-yə istinadən xəbər veririk ki, uğursuz çevriliş cəhdindən sonra qeyri-qanuni yollarla Sudana gedən və orada gizlənən M.Çıxmaz Türkiyənin milli kəşfiyyat İdarəsi olan MİT tərəfindən yaxalanıb və Türkiyəyə gətirilib.

Qeyd edək ki, M.Çıxmaz FETÖ-yə dəstək verən iş adamlarından olub və zamanla təşkilatın əsas pul kassasına, həmçinin, maliyyə axınlarına nəzarət edib.
Geri qayıt