Batumidə 5 ulduzlu hoteldə yanğın - 4 ölü, 10 yaralı

Batumidə 5 ulduzlu hoteldə yanğın - 4 ölü, 10 yaralı Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərində “Leogrand” adlı 5 ulduzlu hoteldə güclü yanğın olub.

xalqxeber.az-ın “Apsny.ge” saytına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 4 nəfər ölüb, 10 nəfər xəsarət alıb.

Acarıstanın səhiyyə naziri Zaal Mikeladze ölüm faktını təsdiqləyib.

Onun sözlərinə görə, yaralananlar arasında Gürcüstanla birlikdə, Türkiyə vətəndaşları da var.

Yanğının baş vermə səbəbləri araşdırılır.
Geri qayıt