İranda 3 günlük matəm: məktəblər bağlandı

İranda 3 günlük matəm: məktəblər bağlandı İranın güclü zəlzələ baş vermiş Kirmanşah əyalətində məktəblər bağlanıb.

Məktəblərin neçə gün bağlı olacağı hələ bildirilmir.

Bundan əvvəl əyalətdə 3 günlük matəm elan olunub.

Qeyd edək ki, ötən gün axşam saatlarında İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda ölənlərin sayı 211-ə çatıb, təqribən 1700 nəfər xəsarət alıb.
Geri qayıt