Səudiyyə Ərəbistanında ilk dəfə xanım şahzadə saxlanılıb

Səudiyyə Ərəbistanında ilk dəfə xanım şahzadə saxlanılıb Səudiyyə Ərəbistanında antikorrupsiya tədbirləri çərçivəsində şahzadə Rim bint əl-Valid ibn Talal saxlanılıb.

Bu barədə Ərəbi 21 telekanalı öz mənbələrinə istinadən məlumat verir.

Bu krallığın tarixində rüşvətxorluqda ittihamla həbs edilən ilk xanım şahzadədir.

Qeyd edək ki, bundan əvvəl onun atası səudiyyəli milyarder əl-Valid ibn Talal ibn Əbdül-Əziz əl Səud da korrupsiya və çirkli pulların yuyulmasında ittiham olunaraq saxlanılıb.
Geri qayıt