İrəvanda tələbələr yenidən etiraza qalxdı - VİDEO

İrəvanda tələbələr yenidən etiraza qalxdı - VİDEO Ermənistanda tələbələr dünəndən etibarən İrəvan Dövlət Universitetinin qarşısında etiraz aksiyalarına başlayıb.

Aksiyalarda iştirak edən tələbələrə yazılı töhmət verilib. Buna baxmayaraq, tələbələr bu gün də etiraza qalxıblar.

Qeyd edək ki, etirazçılar parlamentdə qəbul edilən "Hərbi xidmət və Hərbi xidmətin statusu haqqında" qanun layihəsinə qarşıdırlar. Yeni qanun layihəsi tələbələrə təhsil aldığı dövrdə möhlət verilməsi hüququnu ləğv edir.
Geri qayıt