Kiyevdə Azərbaycan diaspor təşkilatının üzvü həbs olundu

Kiyevdə Azərbaycan diaspor təşkilatının üzvü həbs olundu Ukraynada Azərbaycan vətəndaşı quldurluq ittihamı ilə tutulub.

Əslən Azərbaycanın Kürdəmir rayonundan olan, 1993-cü il təvəllüdlü Abbasov Əli hazırda Kiyev şəhəri Qoloseevskiy rayon polis idarəsində saxlanılır.

O, rayon ərazisində digər istintaqa məlum olmayan, sonradan qaçıb gizlənən bir şəxslə yerli biznesmenlərdən birinə hücum edərək təhdidlə onu soymaqda ittiham olunur.

Azərbaycanlı gənc barəsində rayon məhkəməsinin qərarı ilə iki aylıq həbs qətimkan tədbiri seçilib, istintaq aparılır.

Ə. Abbasovun Kiyevdə azərbaycanlı gənclərin yaratdığı diaspor təşkilatının üzvü olduğu bildirilir.
Geri qayıt