Prezident hamamda çimərkən huşunu itirdi, burnu sındı

Prezident hamamda çimərkən huşunu itirdi, burnu sındı İslandiya prezidenti Qudni Yohannenson hamamda huşunu itirərək yıxılıb.

Xarici KİV-ə istinadən xəbər veririki ki, nəticədə dövlət başçısının burnu qırılıb. Baş verənlərlə bağlı prezident feysbuk hesabında bunları yazıb: “İsti və rahat vanna ötən gecə həddindən artıq isti və rahat oldu”.

Zədə alan siyasətçi dərhal xəstəxanaya yerləşdirilib. Hazırda İslandiya lideri özünü yaxşı hiss edir.

Qeyd edək ki, Yohannesson ötən ilin avqustun birində prezident postuna keçib. Buna qədər isə o, heç vaxt siyasətlə məşğul olmayıb.
Geri qayıt