AŞPA prezidenti postuna iki namizəd - bu gün seçkidir

Bu vəzifəyə Stella Kiriakides və Emanuelis Zinqerisin namizədliyi irəli sürülüb. Avropa Xalq Partiyasının üzvləri olan Emanuelis Zinqeris litvalı, Stella Kiriakides isə kiprlidir.
AŞPA-nın qaydalarına uyğun olaraq təşkilatın prezidenti oktyabrın 9-da Strasburqdakı payız sessiyasında gizli səsvermə yolu ilə seçiləcək.
Qeyd edək ki, AŞPA prezidenti Pedro Arqamunt iki gün öncə istefa verib. Hazırda assambleyanın prezidenti vəzifələrini Rocer Qeyl icra edir.