Milyarder Cek Madan qorxunc proqnoz: "Ticarət dayanarsa, müharibə başlar"

Milyarder Cek Madan qorxunc proqnoz: "Ticarət dayanarsa, müharibə başlar" Çinin ən böyük onlayn riteyler şirkəti olan "Alibaba"nın sahibi və dünyanın ən zəngin adamlarından biri olan Cek Ma (Jack Ma) Trampın ABŞ-ın Trans-Sakit okeanı əməkdaşlığından çəkilməsinə dair fərmanından sonra yaranan vəziyyətlə bağlı münasibətini açıqlayıb.

xalqxeber.az independent.co.uk-ə istinadən xabər verir ki, keçən ay ABŞ prezidenti Donald Trampla görüşən "Alibaba" şirkətinin sahibi və Cek Ma görüş zamanı ABŞ-da 1 milyon iş yerinin açılmasına yardımçı olacağını bildirmişdi.

Trampla görüşündən 1 ay sonra "Alibaba" şirkətinin Avstraliya və Yeni Zelandiyadakı təmsilçiləri ilə görüşdə Ma bildirib ki, hər kəs ticarət müharibələrindən narahatdır, əgər ticarət dayanarsa, müharibə başlar: "Lakin narahatlıq problemi həll etmir. Biz bununla aktiv şəkildə məşğul olub ticarətin insanların kommunikasiya etməsinə kömək etdiyini sübut etməliyik". O, əlavə deyib ki, dünya yeni liderlik tələb edən "maraqlı" dövrə daxil olub.

Ma "dünyanın qloballaşmağa ehtiyacı var, onun ticarətə ehtiyacı var" deyərək qloballaşmanın gərəkli olduğunu vurğulayıb.

Qeyd edək ki, Trampın ilk fərmanı ABŞ-nın Trans-Sakit okean əməkdaşlığından çəkilməsi haqqında olub. Bu əməkdaşlıq müqaviləsi Avstraliya və Yeni Zelandiya da daxil olmaqla 11 Sakit okean ölkələrinin bağladığı sazış idi. Tramp sazişi ABŞ üçün potensial fəlakət adlandırıb. Belə bir sazişin bağlanmasındansa o, ikitərəfli ticarət əlaqələrinə üstünlük verəcəyini və bunun ölkəyə iş və sənayeləşməni geri gətirəcəyini bildirib.
Geri qayıt