Abdulatipov istefaya göndərildi: Kremldə təcili iclas

Abdulatipov istefaya göndərildi: Kremldə təcili iclas Dağıstan lideri Ramazan Abdulatipov öz vəzifəsini tərk edəcək.

Bu barədə informasiyanı RBK televiziyası yayıb. Televiziya Abdulatipovun təcili olaraq Kremlə çağırıldığını bildirib.

Mənbə Abdulatipova burada müxtəlif vəzifələrin təklif edildiyini və hətta xələfi məsələsində onunla məsləhətləşmələr aparıldığını da iddia edib:

“Bu, hər kəs üçün gözlənilməz oldu, heç kim bunu bilmirdi. Abdulatipov axıra qədər burada işləməyi planlaşdırırdı. O, istefası haqqında ərizəni bu gün yazıb”.

Qeyd edək ki, dünən Abdulatipovun mətbuat katibi onun istefası haqqında yayılan xəbərləri təkzib etmişdi.
Geri qayıt