Dünyanın ən kök qadını dünyasını dəyişdi

Dünyanın ən kök qadını dünyasını dəyişdi Dünyanın ən kök qadını olan misirli Eman Əbdül Atti dünyasını dəyişib.

Xarici mediaya istinadən xəbər veririk ki, Əbu Dabidə yerləşən xəstəxanada müalicə olunan Atti artıq çəki səbəbilə yaranan ürək və böyrək çatışmazlığı problemindən vəfat edib.

37 yaşlı qadın müalicəyə başlamazdan əvvəl 500 kq-dan artıq çəkiyə sahib idi. Əməliyyat nəticəsində 300 kq çəkisi alınandan sonra 20 fərqli həkimin nəzarətində müalicə görürdü.
Geri qayıt