Ərdoğan ona heykəl ucaldanlara: - Bir daha belə səhv etməyin!

Şəhər merlərinə səslənən prezident bu addımın mənəvi dəyərlərə uyğun olmadığını deyib.
R.T.Ərdoğan bununla bağlı təəssüfləndiyini bildirib: “Mən şəhər rəhbərlərini mənə heykəl ucaltmağa yox, öz işlərini qüsursuz görməyə çağırıram. Mən heykəl və ya büst istəmirəm. Bir də heç kim belə səhv etməsin”.