Ərdoğandan TƏKLİF: Türkdilli dövlətlərin vahid universiteti yaradılsın

Ərdoğandan TƏKLİF: Türkdilli dövlətlərin vahid universiteti yaradılsın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstana səfərindən sonra türkdilli dövlətlərin vahid universitetinin yaradılması təklifini irəli sürüb.

Türkiyə lideri belə bir vahid universitetin yaradılmasının türkdilli ölkələrin marağına cavab verdiyini qeyd edib.

R.T.Ərdoğan deyib: "Bütün türkdilli ölkələr, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Türkiyə daxil olmaqla, yeni universitetin təsisçiləri ola bilərlər".

Qeyd edək ki, Türkiyə prezidenti sentyabrın 8-10-da Qazaxıstanda səfərdə olub.
Geri qayıt