“Pasportumu oğurladılar, həyatım təhlükə altındadır” - Saakaşvili

“Pasportumu oğurladılar, həyatım təhlükə altındadır” - Saakaşvili Odessanın sabiq qubernatoru Mixail Saakaşvili Ukraynaya qayıtmasının səbəblərini açıqlayıb.

Rus KİV-nə istinadən xəbər veririk ki, Saakaşvili vətəndaşlıqdan məhrum edilməsinə məhkəmədə etiraz etmək, Ukraynanın gələcəyi uğrunda mübarizəni davam etdirmək üçün qayıtdığını deyib.

O, Ukrayna xalqını çox sevdiyini, onlara görə canından keçməyə hazır olduğunu söyləyib. Eks-qubernator onu da qeyd edib ki, həyatı, azadlığı, eləcə də, ölkənin mövcudluğu təhlükə altındadır.

Saakaşvili, həmçinin ukraynalı polisləri pasportunu oğurlamaqda ittiham edib:

“Sərhədə gələn zaman birdən insanlar məni əhatəyə aldılar və apardılar. Bu zaman Ukrayna pasportumu avtobusda qoydum, sonra isə polis gəldi və onu oğurladı”.
Geri qayıt