Saakaşvili Ukraynaya keçdi - Yenilənib

Saakaşvili Ukraynaya keçdi - Yenilənib Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru və vətəndaşlıqdan çıxarıldığı üçün Polşada yaşamağa başlayan Mixail Saakaşvili öz tərəfdarları ilə birlikdə Ukraynaya keçməyə cəhd göstərib.
Xarici KİV-ə istinadən xəbər veririk ki, qatarla uğursuz cəhddən sonra avtobusla sərhədi keçmək istəyən Saakaşvilinin qarşısını almaq üçün polislər “Şeqini” beynəlxalq buraxılış məntəqəsinə gedən yol bağlanılıb.
Bundan başqa, sərhəd məntəqəsinin minalandığı xəbərləri yayılıb.
Buna görə də, məntəqədə böyük növbə yaranıb. Hazırda yüzlərlə insan iki sərhədi keçmək üçün gözləyir.
Məntəqə yaxınlığında Saakaşvilinin tərəfdarları ilə polislər arasında toquşma da olub.
Hazırda sərhəddə vəziyyət gərgin olaraq qalır.

***
Polislə qarşıdurmadan sonra barrikadalar aşılıb və Saakaşvili tərəfdarları ilə birlikdə sərhəd məntəqəsini keçib.
Geri qayıt