Merkelə pomidor atdılar

Merkelə pomidor atdılar Almaniya kansleri Angela Merkel seçkiqabağı kampaniya zamanı xoşagəlməz hadisə ilə üzləşib.

Kansler Heydelberq universitetinin şəhərciyində çıxış edən zaman naməlum şəxslər ona pomidor atıblar. Bu zaman Merkelin və yanında dayanan aparıcının üstü bulaşıb. Kansler özünü itirməyərək paltarını təmizləyib, aparıcıya da dəsmal uzadıb. Polis hadisəni təsdiqləsə də, hücum edənlərin kimliyinin hələlik məlum olmadığını deyib.
Geri qayıt