Fahişəliklə məşğul olan azərbaycanlı və erməni qadınlar - Türkiyədə yaxalandı

Fahişəliklə məşğul olan azərbaycanlı və erməni qadınlar - Türkiyədə yaxalandı Türkiyədə polis qadınların zorla fahişəliyə cəlb edildiyi otel və əyləncə məkanlarına basqın edib.

xalqxeber.az xəbər verir ki, əməliyyat zamanı 84 əcnəbi qadın yaxalanıb. Onların 27-si Moldova, 27-si Ukrayna, 10-u Mərakeş, 6-sı Belarus, 5-i Rusiya, 4-ü Gürcüstan, 2-si Özbəkistan, 1-i Ermənistan, 1-i Qırğızıstan və 1-i Azərbaycan vətəndaşı olub.

Ən kiçiyi 20, ən böyüyü 40 yaşında olan qadınlarda QİÇS, Frengi və Hepatit C xəstəliyi aşkarlanıb.

Onlar ölkədən deportasiya ediləcəklər, otel və əyləncə məknaı sahibləri haqqında isə cinayət işi açılıb.
Geri qayıt