Zelenski Rusiyanın Ukrayna ərazisinə 300-dən çox dron və 30 raket buraxdığını bildirib
Rusiya iyulun 19-u gecə saatlarında Ukrayna ərazisinə 300-dən çox zərbə dronu və 30-dan çox müxtəlif növ raketdən istifadə edərək hücum həyata keçirib.Bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Məlumata görə, ölən və yaralananlar var.
Dövlət başçısının sözlərinə görə, hücum bütün gecə davam edib: "Hava hədəflərinin məhv edilməsi hələ də davam edir".
O, həmçinin vurğulayıb ki, xilasetmə işləri aparılır.
"Donetsk, Kirovoqrad, Dnepr, Sumı, Xerson,Volın , Zaporojye, Nikolayev, Odessa, Jitomir vilayətləri zərər çəkib", - V.Zelenski bildirib.
