Ankarada güclü yanğın - Biri uşaq olmaqla 3 nəfər öldü

Ankarada güclü yanğın - Biri uşaq olmaqla 3 nəfər öldü Türkiyənin paytaxtı Ankaranın Çankaya rayonunda çoxmərtəbəli binada yanğın baş verib.

Məlumata görə, hadisə zamanı biri uşaq olmaqla 3 nəfər həyatını itirib, 7-si yanğınsöndürən olmaqla 39 nəfər dumandan zəhərlənib.

Ölənlərdən biri 3,5 aylıq körpədir. Xəsarət alan bir nəfərin vəziyyəti isə ağırdır.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Geri qayıt