Roma Papası noyabrda Türkiyəyə səfər etməyi planlaşdırır

Bu barədə "Anadolu" agentliyi Türkiyə prezident administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.
Türkiyə liderinin həyat yoldaşı Əminə Ərdoğanla Vatikanda keçirilən görüşdə səfər planları müzakirə olunub. Roma Papası 14-cü Leo birinci xanıma ilk xarici səfərlərindən birini Türkiyəyə etmək istədiyini deyib.
“Türkiyə və Vatikan rəsmiləri bunun üzərində işləyirlər və səfər noyabrın sonuna planlaşdırılıb”, - agentlik qeyd edib.
O da bildirilib ki, Roma Papası bu il Nikea Şurasının 1700 illiyinin qeyd olunduğunu xatırladıb. Papa qeyd edib ki, Türkiyə xristianlar üçün mühüm ölkədir, sülhün qurulması üçün mühüm körpü rolunu oynayır.