Rusiya və İran arasında hava əlaqəsi bərpa edilib

Bu barədə “Report” TASS-a istinadən məlumat verir.
Xatırladaq ki, ölkələr arasında uçuşlar iyunun 13-də dayandırılmışdı. İran İsrailin aviazərbələrindən sonra öz hava məkanını bağlamışdı.
“Rosaviasiya” Rusiya aviaşirkətlərinə iyunun 26-na qədər İsrail, İordaniya, İraq və İranın hava məkanında uçuşlar həyata keçirməyi qadağan etmişdi.