Paşinyan Ərdoğanı Ermənistana dəvət etmək niyyətində olduğunu bildirib

Baş nazir bunu İstanbuldakı erməni icmasının nümayəndələri ilə görüşündə bildirib.
Onun sözlərinə görə, Ərdoğanı “Avropa Siyasi Birliyi”nin 2026-cı ildə İrəvanda keçiriləcək sammiti çərçivəsində Ermənistanda gözləyirlər.
Xatırladaq ki, Paşinyan Ərdoğanın dəvəti ilə Türkiyəyə ilk işgüzar səfərə gedib və onlar arasında görüş planlaşdırılıb.