İsrail İrandan raket atıldığını bildirib

Bu barədə Ordunun Mətbuat xidməti məlumat yayıb.
"İsrailin Müdafiə Ordusu İrandan yəhudi dövlətinin ərazisinə doğru atılan raketləri aşkar edib. İsrail Hərbi Hava Qüvvələri təhlükəni aradan qaldırmaq üçün raketi vurub və cavab zərbələri endirir", - Ordunun bəyanatında deyilir.
Həmçinin qeyd olunur ki, raket buraxıldıqdan sonra İsrailin şimalında bir neçə bölgədə hava hücumu sirenləri səslənib.