“Dərbənddəki Azərbaycan teatrı yenidənqurmadan sonra açılacaq”

Bu haqda Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Mahaçqalada keçirilən brifinqdə bildirib.
“Dağıstan xalqlarının mədəni müxtəlifliyini qeyd etməyə bilmərəm: folklor və xalq sənətkarlığı çoxdan tanınan brendə çevrilib. Respublikada 11 xalq teatrı fəaliyyət göstərir. Dünən Dərbənddə biz Azərbaycan Teatrının yenidən qurulmasının necə başa çatdığını gördük - o, açılmaq üzrədir. Burada müxtəlif sənətkarlıq və bədii metal emalı geniş şəkildə inkişaf edib”, - Zaxarova deyib.