Ərdoğan: Rusiya-Ukrayna danışıqları üçün tarixi fürsət yaranıb

Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Rəcəb Tayyib Ərdoğan hazırkı mərhələdə müharibənin gedişatı birbaşa danışıqlar yolu ilə həlli zəruri etdiyini bildirib.
Türkiyə Prezidenti danışıqlara başlamaq üçün tarixi fürsətdən istifadə edildiyini, həm texniki, həm də liderlər səviyyəsində ola biləcək danışıqları güclü şəkildə dəstəklədiyini vurğulayıb.
O, həmçinin, iki ölkənin prezidentinin görüşünə də ev sahibliyi etməyə hazır olduğunu əlavə edib.