İstanbulda daha bir ZƏLZƏLƏ

İstanbulda daha bir ZƏLZƏLƏ Mərmərə dənizinin İstanbul sahillərində yenidən zəlzələ baş verib.

Büyükçekmece sahillərində 4,1 bal gücündə zəlzələ qeydə alınıb.

Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, zəlzələ təxminən 7 kilometr dərinlikdə baş verib.

Qeyd edək ki, ötən gün Mərmərə dənizində baş verən zəlzələ İstanbulda hiss edilib. Ən güclüsü 6.2 maqnitudalı olan zəlzələ zamanı 200-dən artıq insan yaralanıb.

Geri qayıt