Gürcü polisi azərbaycanlını həbs etdi - Narkotikə görə

Gürcü polisi azərbaycanlını həbs etdi - Narkotikə görə Gürcüstanın paytaxtı Tbilisi şəhərinin azərbaycanlıların yaşadığı Poniçala qəsəbəsində növbəti xüsusi əməliyyat keçirilib.

Əməliyyat zamanı narkotik cinayətkarlığı faktı ilə əlaqədar 1 nəfər saxlanılıb. Daha bir nəfər (qadın) polis bölməsinə aparılaraq dindirilib.

Qeyd edək ki, Poniçala qəsəbəsində avqustun 12-də keçirilmiş xüsusi əməliyyat nəticəsində Nazim və Mahir Cəfərov qardaşları narkotik vasitələrin satışı və saxlanılmasına görə həbs olunublar.

Gürcüstan Daxili İşlər Nazirliyi də hadisə haqda məlumat yayıb.Xəbərdə bildirilir ki, əməliyyat-istintaq tədbirləri nəticəsində 1987-ci il təvəllüdlü E.C. narkotik vasitələrin satışı və saxlanılmasına görə həbs olunub.

Təqsirləndirilən şəxsin mütəmadi olaraq narkotik vasitə satdığı müəyyən olunub. Onun evində axtarış nəticəsində 4 bağlama heroin müsadirə edilib.
Geri qayıt