Tramp İranı bombalasa... - Xameneidən CAVAB

Tramp İranı bombalasa... - Xameneidən CAVAB Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp İranı yenidən hədələyib. O, nüvə proqramı ilə bağlı Vaşinqtonla razılığa gəlmədiyi təqdirdə İranın bombalanacağını bildirib.

"Əgər onlar razılığa gəlməsələr, bombalama olacaq," – deyə Tramp müsahibəsində bildirib və əlavə edib: "Bu, onların indiyə qədər gördüyü ən güclü bombalama olacaq."

İranın Ali Rəhbəri ayətullah Seyid Əli Xamenei Trampın çıxışına münasibət bildirib.

O deyib ki, Donald Tramp İranı bombalamaq hədəsinə əməl etsə, güclü zərbə ilə üzləşəcək. “Onlar (ABŞ və İsrail) bizi hədələyirlər. Əgər onlar hər hansı bir pis niyyətlə hərəkət etsələr – bu çox da mümkün deyil – şübhəsiz ki, güclü və qarşılıqlı zərbə alacaqlar”, – Xamenei qeyd edib.

Geri qayıt