Rusiyada azərbaycanlı və erməni əlbir olub, quldur dəstəsi yaratdı

Rusiyada azərbaycanlı və erməni əlbir olub, quldur dəstəsi yaratdı Moskva polisi Qazaxıstan vətəndaşına qarşı quldurluq edən şəxsləri yaxalayıb.

Bu barədə Rusiya KİV-ə istinadən məlumat veririk.

Məlumata əsasən, 43 yaşlı Qazaxıstan vətəndaşı Rusiya paytaxtının Permskaya küçəsində iki nəfər tərəfindən qarət edildiyi barədə polisə müraciət edib. O bildirib ki, Moskvaya “Volvo” markalı yük maşını ilə mal gətiriblərmiş. Permskaya küçəsində avtomobil dayanacağında onlara “Volkswagen” markalı avtomobildə iki nəfər yaxınlaşıb. Sürücünü və yoldaşını tapançayla hədələyən quldurlar onların 74 min rublunu (təxminən 2 min 100 manat) alaraq ərazini tərk ediblər.

Polis quldurların izinə düşə bilib. Hər iki şəxs Moskvanın Nejinskaya küçəsində yaşadıqları evdə yaxalanıblar. İlkin araşdırma zamanı məlum olub ki, quldurlardan biri 57 yaşlı Azərbaycan, digəri isə 28 yaşlı Ermənistan vətəndaşıdır.
Geri qayıt