Feysbuk şifrəsini verməyən ölkəyə girə bilməyəcək - ABŞ-dan sərt qərar

Feysbuk şifrəsini verməyən ölkəyə girə bilməyəcək - ABŞ-dan sərt qərar ABŞ prezidenti Donald Trampın miqrantların ölkəyə girişinə qadağa qoyan qərarından sonra atılan sərt addımlar narazılıqları daha artırıb.

xalqxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, qaçqınların işi üzrə vəkil Mana Yegani sudanlı ABŞ vətəndaşının aeroportda feysbuk şifrəsinin alınaraq hesabında araşdırma aparıldığını, iranlı turistin isə bu araşdırmadan sonra ölkəyə buraxılmadığını bildirib.

Trampın sözçülərindən olan Stephen Miller isə açıqlamasında bildirib ki, sərhəd keçid-məntəqələrində təhlükəsizlik məqsədi ilə təkcə sosial şəbəkə hesabları araşdırılmayacaq, digər bu kimi tədbirlər də tətbiq olunacaq.

Əldə edilən məlumatlara görə, bu tədbirlər çərçivəsində sərnişinlərin Google, Microsoft, İOS kimi hesabları üzərindən sosial şəbəkələrdəki hərəkətləri, son ziyarət etdiklərini səhifələr yoxlanılacaq.
Geri qayıt