Kaliforniya qubernatoru meşə yanğınlarına görə 40 milyard dollar yardım istəyib

Bu barədə “The Washington Post“ məlumat yayıb.
Qubernator sosial media platforması X-də qeyd edib ki, Los-Ancelesdə baş verən dağıdıcı yanğınlardan sonra bərpa üçün ümumi bir yanaşma tələb olunacaq: "Ona görə də Konqresdən Amerika xalqını dəstəkləməsini və kaliforniyalılara bərpa və yenidənqurma işlərini mümkün qədər tez başlamaq üçün fəlakət yardımı verməsini istəyirəm".