Bəşər Əsədin əmisi oğlu həbs edildi

Bu barədə “Suriya” televiziyası məlumat yayıb.
“Nəcib Suriya xalqına qarşı cinayətlərdə iştirak edənlərdən sayılır və bu addım hakimiyyətin Suriya xalqına qarşı qanun pozuntularında iştirak edənləri məsuliyyətə cəlb etmək, regionda təhlükəsizlik və sabitliyi gücləndirmək səylərinin bir hissəsidir”, - deyə Latakiya Əyalətinin İctimai Təhlükəsizlik İdarəsinin direktoru, polkovnik-leytenant Mustafa Knefati bildirib.
Qeyd olunur ki, Nəcib Latakiyada həbs edilib.
Məlumatda qeyd olunur ki, Əsədin dövründə o, Suriyanın cənubundakı Dera əyalətində siyasi təhlükəsizlik şöbəsinin rəisi vəzifəsində çalışıb.