Əsəddən sonra 200 min suriyalı qaçqın ölkəsinə QAYITDI

Bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi “X” hesabında bildirib.
Suriyada 2011-ci ildən bəri davam edən qanlı vətəndaş müharibəsində işin gedişatı dəyişib və 61 illik Baas rejimi süquta uğrayıb.
Təxminən bir aydır ki, başqa ölkələrə sığınan suriyalılar dayanmadan artıq öz ölkələrinə qayıdırlar.