Bayden Ukraynaya yeni yardım paketi ayırdı

Bu barədə Ağ Evin saytında məlumat verilib.
“Bu gün mən Ukraynaya 2,5 milyard dollara yaxın təhlükəsizlik yardımı elan etməkdən qürur duyuram...”, - bəyanatda deyilir.
Yeni yardım paketinə Ukrayna ordusu üçün 1,25 milyard dollar və Təhlükəsizliyə Yardım Təşəbbüsü (USAI) vasitəsilə 1,22 milyard dollar daxildir.