Son 48 saatda 13 uçuş həyata keçiribmiş...

Qəza enişi edən təyyarənin son 48 saat ərzində 13 uçuş həyata keçirdiyi məlum olub.
Bununla bağlı turizm sənayesinin rəsmiləri açıqlama verib. Bildirilib ki, qəzaya uğrayan təyyarənin müxtəlif turizm agentlikləri vasitəsilə daha sərfəli qiymətlərə tur uçuşları olub. Bu uçuşların bəziləri Çin, Tayland, Malayziya, Yaponiya və Tayvan istiqamətinə olub.
Qeyd edək ki, “Jeju Air” ölkədəki digər hava yolu şirkətləri ilə müqayisədə ayda orta hesabla ən çox təyyarə istifadə edən şirkətlərdən biridir.