Suriya ordusu Hamanın ətraf ərazilərinə nəzarəti ələ keçirdi

Suriya ordusu Hamanın ətraf ərazilərinə nəzarəti ələ keçirdi Suriya Silahlı Qüvvələrinin hərbçiləri Hama şəhərinin ətraf ərazilərinə nəzarəti ələ keçirib.

Bu barədə məlumatı “Al-Ikhbaria” telekanalı yayıb.

Bildirilib ki, Suriya ordusunun bölmələri ölkənin qərbində yerləşən bu ərazilərdə təhlükəsizliyi tam təmin ediblər: “Bu ərazilərdə terrorçular yoxdur”.

Xatırladaq ki, noyabrın 28-də “CNN” Suriyada müxalifət qüvvələrinin Hələbin qərbində hökumət qüvvələrinə hücum etdiyini yazıb. Hücum nəticəsində üsyançı qüvvələr çox sayda yaşayış məntəqəsinə nəzarəti ələ keçirib. Noyabrın 30-da isə Suriyanın Müdafiə Nazirliyi silahlı qruplaşmanın Hələbin bir çox bölgəsinə daxil olduğunu açıqlayıb.



Geri qayıt