Tramp qudasına yüksək vəzifə verir

Siyasətçi bu barədə “Truth Social” sosial şəbəkə hesabında paylaşım edib.
“Mən Çarlz Kuşneri ABŞ-nin Fransadakı səfiri vəzifəsinə namizəd irəli sürməkdən məmnunam. O, ölkəmizi və onun maraqlarını güclü şəkildə təmsil edəcək nəhəng biznes-lider, xeyriyyəçi və sövdələşmələr aparan şəxsdir”, - deyə siyasətçi bildirib.
Qeyd edək ki, Çarlz Kuşnerin 70 yaşı var. 2005-ci ildə o, vergidən yayındığına görə iki il həbs cəzası alıb. O, 2020-ci ildə Tramp tərəfindən əfv edilib.

