Tiflisdə aksiya: 107 nəfər saxlanıldı, 10 polis yaralandı

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, etirazçılar Rustaveli prospektində keçirilən aksiya zamanı polisə müxtəlif əşyalar, daş, pirotexniki vasitələr, şüşə butulkalar, metal əşyalar atıblar.
Nəticədə aksiya zamanı 10 polis əməkdaşı yaralanıb.