Paşinyan Rusiyaya yola düşdü

Paşinyan Rusiyaya yola düşdü  Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya ikigünlük səfərə yola düşüb.

Bu barədə məlumatı Paşinyanın Mətbuat xidməti yayıb. 

O, Moskvada MDB ölkələrinin dövlət başçılarının qeyri-rəsmi sammitində iştirak edəcək. 

Xatırladaq ki, bu gün Moskvada MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir.
Geri qayıt