İranda mədəndə partlayış - 30 ölü - Foto

İranda mədəndə partlayış - 30 ölü - Foto  İranın şərqindəki Cənubi Xorasan əyalətinin Tabas şəhərindəki kömür mədənində partlayış baş verib.

Bu barədə İSNA məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 30 nəfər ölüb, 17 nəfər yaralanıb.

Qəzaya mədənin B və C bloklarında metan qazının partlaması səbəb olub. Partlayış zamanı bloklardakı işçilərin ümumi sayının 69 nəfər olduğu bildirilib.

Qeyd edilib ki, 250 metr dərinlikdə yerləşən mədəndə partlayışdan sonra yanğın olmayıb.
Geri qayıt