Ermənistanda Qərbi Nil virusundan neçə nəfər ölüb?

Ermənistanda Qərbi Nil virusundan neçə nəfər ölüb?  Ermənistanda virusa yoluxan 92 xəstə qeydə alınıb. Bu xəstəlikdən bir nəfər ölüb.

Bunu Ermənistan Səhiyyə Nazirliyi Qərbi Nil qızdırmasından 3 nəfərin ölməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

Nazirliyin məlumatına görə, yoluxma nəticəsində üç nəfərin ölməsi hələlik təsdiqləməyib.

"Ölümlərin xəstəliklə səbəb-nəticə əlaqəsi hələ qeydə alınmadığından bu məlumat təsdiqini tapmayıb", - Səhiyyə Nazirliyi qeyd edib.

Bildirək ki, erməni mətbuatı Armavir vilayətində 3 nəfərin bu xəstəlikdən öldüyü barədə məlumat yayıb.
Geri qayıt