Bu ölkədə Afrikanın ən böyük hava limanı tikiləcək
Efiopiya hakimiyyəti paytaxt Əddis-Əbəbə yaxınlığında Afrika qitəsinin ən böyük beynəlxalq hava limanını tikmək qərarına gəlib.
Dəyəri altı milyard dollar olan hava limanı ildə 100 milyon sərnişinə xidmət göstərəcək.
Afrikanın ən böyük və sürətlə inkişaf edən hava yolu şirkəti Efiopiya Hava Yolları beynəlxalq konsaltinq qrupu DAR ilə yeni hava limanının dizaynını hazırlamaq üçün anlaşma memorandumu imzalayıb. Kompleks 35 kvadratkilometr sahəyə sahib olacaq. O, beş ildən sonra ölkənin paytaxtından 17 kilometr aralıdakı Bişoftu kurort şəhəri (Oromiya regionu) yaxınlığında yaradılacaq.
Qeyd edək ki, Efiopiya Hava Yollarının hazırkı əsas limanı - Bole ildə 20 milyon sərnişini qəbul etmək iqtidarındadır.
Geri qayıtDəyəri altı milyard dollar olan hava limanı ildə 100 milyon sərnişinə xidmət göstərəcək.