Almaniyanın müdafiə naziri: İsrailin müdafiəsində iştirakımız üçün Bundestaqın icazəsi lazımdır

Bunu Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.
Onun sözlərinə görə, hazırda bu məsələ gündəmdə deyil.
Nazir Almaniya hərbçilərinin hər hansı bir iştirakı üçün Bundestaqın da icazəsinin tələb olunacağını vurğulayıb. O, bu cür potensial iştirakın onun üçün tamamilə ağlasığmaz olduğunu bildirib.
“Ona görə də hazırda bu məsələ ümumiyyətlə müzakirə olunmur”, - B. Pistorius əlavə edib.