Ukraynada azərbaycanlı gənclərlə erməni və yerli millətdən olan gənclər arasında dava düşüb

Ukraynada azərbaycanlı gənclərlə erməni və yerli millətdən olan gənclər arasında dava düşüb Ukraynada azərbaycanlı gənclərlə erməni və yerli millətdən olan gənclər arasında dava düşüb.
Hadisə iyulun 30-dan 31-ə keçən gecə Kiyevin mərkəzindəki "Arena City" adlı gecə klubunun yaxınlığında baş verib. Hadisə yerli millətdən olan bir neçə gəncin 3 azərbaycanlı gənclə mübahisəsi ilə başlayıb. Klubdakı iki erməni gəncin qarşı tərəfdən müdaxiləsi ilə azərbaycanlılarla əlbəyaxa dava düşüb. Polis insidentə müdaxilə etməyib. Ətrafdakıların müdaxiləsi ilə yatırılan davada hər iki tərəfdən yüngül xəsarət alanlar olub.
Geri qayıt