Keçmiş nazir vətənə xəyanətdə ittiham olunur

Bu barədə Ukrayna Dövlət Təhqiqatlar Bürosu məlumat yayıb.
O, Ukrayna rəsmilərini müharibə başlayandan sonra Rusiya ilə müqavilə bağlamağa təhrik etməkdə ittiham edilir: "Zaxarçenko guya Rusiya hakimiyyəti adından Ukrayna rəsmilərinə zəng edərək yüksək vəzifələr müqabilində ərazilərin təhvil verilməsini nəzərdə tutan razılaşma təklif edib. Bundan əlavə, eks-nazir Ukraynada hökumət əleyhinə əhval-ruhiyyəni artıran videolar yaradıb və dərc edib".