İsrail Hizbullahın daha bir komandirini məhv etdi
Hizbullah komandir Yasir Nimr Kornişin İsrailin zərbələri nəticəsində öldüyünü təsdiqləyib.Bu barədə hərəkatın Teleqram kanalında məlumat yayılıb.
Bildirilib ki, Suriya-Livan sərhədinə gedən yolda Əl-Sabbur qovşağının yaxınlığında müqavimət döyüşçülərinin avtomobili İsrail qırıcıları tərəfindən vurulub və nəticədə komandir ölüb.
