Aİ Ukraynaya 1,9 milyard avro tranş ayırıb

Bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.
“Ukraynanın dövlət büdcəsinə Avropa İttifaqından 1,9 milyard avro məbləğində şərtsiz maliyyə (Pre-financing) tranşı daxil olub”, - məlumatda bildirilib.
Nazirlik vurğulayıb ki, 2022-ci ilin fevralından Aİ Ukraynaya təxminən 35 milyard avro birbaşa büdcə yardımı edib.
Qeyd edək ki, fevralın 1-də Brüsseldə keçirilən sammitdə Aİ ölkələrinin liderləri 2024-2027-ci illər üçün “Ukraine Facility” fondu çərçivəsində Kiyevə 50 milyard avro vəsaitin ayrılmasını təsdiqləyiblər.