Ermənistan parlamenti iyunun 17-də hökumətin istefasına baxacaq

Göstəriş qanunverici orqanın saytında dərc olunub.
Bazar günü axşam “Vətən naminə Tavuş” müxalifət hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan bildirib ki, müxalifət parlamentdə baş nazir Nikol Paşinyanın impiçmenti prosesini başladacaq. Qalstanyan iyunun 12-də günortadan sonra tərəfdarlarını Yerevanda parlament binası yaxınlığında toplaşmağa çağırıb.