BMT TŞ İranda helikopter qəzasında həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edib

İclas iştirakçıları həlak olanların xatirəsini ehtiramla yad ediblər.
Xatırladaq ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisinin helikopteri İran-Azərbaycan sərhədindən çox da uzaq olmayan Verzeqan şəhəri yaxınlığında sərt eniş edib. Qəzada bütün sərnişinlər və ekipaj üzvləri həlak olub.